Press "Enter" to skip to content

Ceyhun Bayramov avstriyalı həmkarı ilə görüşüb

Son yeniləmə: 3 Dekabr 2021 00:44

Bayraqdar.info – Dekabrın 2-də xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın xarici işlər naziri Mixael Linhart ilə görüşüb. Görüş C.Bayramovun ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bayraqdar.info-ya verilən məlumata görə, C.Bayramov iki ölkə arasındakı təmasların intensivliyini məmnunluqla qeyd edib. Regional səfəri çərçivəsində Avstriya xarici işlər nazirinin bu ilin iyun ayında Azərbaycana səfəri və bu xüsusda aparılan müzakirələr xatırlanıb.

İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı maraq ifadə edilib. Tərəflər, alternativ enerji, nəqliyyat və tranzit, ağır sənaye sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Vur\ulanıb ki, Avstriya xarici işlər naziri pandemiya sonrası Azərbaycanla iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində maraq ifadə edib. Bu ilin noyabr ayında Avstriya iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri və bunun ikitərəfli iqtisadi əlaqələrin inkişafına təkan verəcəyi qeyd edilib.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nazir C.Bayramov həmkarına regiondakı cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər və bu istiqamətdə Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.

Qarşı tərəf Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirlərinin vacibliyi qeyd edərək, Avstriyanın bu sahədə tərəflərə yardım edə biləcəyini ifadə edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mission News Theme by Compete Themes.