Press "Enter" to skip to content

BMT Baş katibindən müraciət

Antonio Quterreş

Son yeniləmə: 3 Dekabr 2021 11:03

Bayraqdar.info – Birləşmiş Millətlər Təşkilatı Baş katibi Antonio Quterreş Beynəlxalq Əlilliyi olan İnsanlar Günü münasibətilə müraciət edib.

Bu barədə bayraqdar.info-ya dekabrın 3-də BMT-nin ölkəmizdəki nümayəndəliyindən məlumat verilib.

Baş katib müraciətində bildiirb ki, əlilliyi olan insanların hüquqlarını, fəaliyyət və liderlik imkanlarını təmin etmək hər birimizin gələcəyinə müsbət təsir göstərəcək.

Müraciətdə daha sonra deyilir: “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün hər kəsə, əlilliyi olan insanlara da ehtiyacımız var. Bütün dünyada əlilliyi olanlar insanlar və onları təmsil edən təşkilatlar fəaliyyətlərini “Bizə aid olan işlər bizsiz görülə bilməz” çağırışı əsasında qururlar.

Dünyada əlilliyi olan 1 milyard insanınüzləşdiyi bərabərsizliklər və maneələrCOVID-19dövründə daha qabarıq şəkildə özünü göstərib. Pandemiyanın ən çox mənfi təsir göstərdiyi qruplardan biri də onlardır.

Əlililiyi olan insanları da ehtiva edən pandemiyaya cavab tədbirləri və bərpa prosesinə elə məhz bu insanlar rəhbərlik etməlidir.Tərəfdaşlıqlar təsis etmək, ədalətsizlik və ayrı-seçkiliklə mübarizə aparmaq, texnologiyaya çıxış imkanlarını artırmaq, eləcə də daha inklüziv, əlçatan və dayanıqlı dünya qurmaq uğrunda çalışan təşkilatlara dəstək olmaq lazımdır.

Bütün ölkələri “Əlilliyi olan insanların hüquqları haqqında” Konvensiyanı icra etməyə, əlilliyi olan insanlar və onları təmsil edən təşkilatların fəal iştirakı ilə əlçatımlılıq imkanlarını genişləndirməyə, hüquqi, sosial, habelə iqtisadi maneələri aradan qaldırmağa çağırıram.

Gəlin, Beynəlxalq Əlilliyi olan İnsanlar Günündə heç kimi diqqətdən kənar qoymamaqla hər kəs üçün dayanıqlı, inklüziv və ədalətli gələcək qurmaq öhdəliyi götürək”.

Mission News Theme by Compete Themes.