Son yeniləmə: 3 Dekabr 2021 11:00
Bayraqdar.info – Belarusla Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Bu barədə iki ölkənin XİN rəhbərləri arasındakı görüşdə bildirilib.
Qeyd edək ki, dekabrın 2-də xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ilə görüşüb. Görüş ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bayraqdar.info-ya dekabrın 3-də verilən məlumata görə, tərəflər, ölkələrimiz arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıq gündəliyini müzakirə ediblər.
Həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Nazir C.Bayramov həmkarına bölgədə mövcud olan ən son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımılar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumatlandırıb.
Nazir V.Makey yenidənqurma işlərində iştirak etməyə hazır olduqlarını ifadə edib.
Tərəflər, həmçinin gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aprıblar.