Son yeniləmə: 2 Dekabr 2021 15:50
Bayraqdar.info – Xəbər verildiyi kimi, dekabrın 2-də Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Türkiyə Yüksek Öğretim Kurulu başqanı Erol Özvarı qəbul edib. İki ölkə arasında təhsil sahəsində iş birliyinin müzakirə edildiyi görüşdə E.Özvar Prezidentə dərin anlamlı bir hədiyyə də bağışlayıb.
İlk baxışdan ərəb xəttatlığı örnəyi təsiri bağışlayan hədiyyə, əslində dərin məna kəsb edən, adi sayılmayacaq bir münasibətdir. Çünki onun üzərində yazılanlar Prezident İ.Əliyevin, 44 günlük böyük Vətən müharibəsindəki qələbəni təmin edən Müzəffər Ali Baş Komandanlığına uyğun seçilib.
Hədiyyənin üzərində ərəb dilində “Bismilləhir-rahmənir-rahim”in ardından yazılıb ki, “İnnə fətəhna ləkə fəthan mubinən”.
Nə deməkdir bu? Bu sözlər “Qurani Kərim”in “əl-Fəth” surəsinin 1-ci ayəsinin məzmunudur. Mənası isə birbaşa zəfərə yönəlikdir: “Həqiqətən biz sənə açıq-aşkar bir zəfər bəxş etdik”.
Bir sıra təfsirçilər bu ayəni daha geniş və izahlı şəkildə belə təqdim edir: “1. (Ya Peyğəmbər!) Həqiqətən, biz sənə (müsəlmanların fütuhatının başlanğıcını qoyan, Kəbənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb olacaq Hüdeybiyyə sülhü ilə) açıq-aşkar bir zəfər bəxş etdik!”
Qeyd olunan surənin tam mətnini, maraqlı ola biləcəyini nəzərə alaraq, Xalq artisti Nurəddin Mehdixanlının ifasında, Azərbaycan dilində təqdim edirik.
https://www.youtube.com/watch?v=YzlQ8K6mVYk