Press "Enter" to skip to content

TDT Baş katibi Türkmənistanlı nazirlə müzakirə aparıb

Raşid Meredov və Bağdad Amreyev

Son yeniləmə: 2 Dekabr 2021 20:08

Bayraqdar.info – Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev Türkmənistanın xarici işlər naziri Raşid Meredovla telefon əlaqəsi saxlayıb.

Bu haqda xəbəri dekabrın 2-də TDT-dən veriblər.

Xəbərdə deyilir ki, tərəflər 12 noyabrda İstanbulda keçirilmiş TDT İstanbul Zirvəsinin sonuclarını müzakirə edib. Eyni zamanda Türkmənistanın Təşkilat çərçivəsindəki çalışmalara fəal qoşulması üçün atılacaq addımlar barədə söhbət gedib. Bundan başqa Zirvədə qəbul edilən qərarların icrasına yönəlik yol xəritəsilə bağlı fikir mübadiləsi aparılıb.

Baş katib və nazir həmçinin dekabrın 12-də Aşqabadda keçirilməsi nəzərdə tutulan “Barış və güvənlik siyasəti: uluslararası güvənlik, sabitlik və inkişafın təməlləri” mövzulu beynəlxalq konfrans haqqında fikirlərini bölüşüblər.

Mission News Theme by Compete Themes.