Press "Enter" to skip to content

“Şəki” gəmi-bərəsi əsaslı təmirdən sonra

"Şəki" gəmi-bərəsi

Son yeniləmə: 2 Dekabr 2021 09:34

Bayraqdar.info – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şəki” gəmi-bərəsi “Zığ” Gəmi Təmir və Tikintisi Zavodunda əsaslı təmir olunub.

Bu barədə bayraqdar.info-ya ASCO-dan xəbər verilib.

Verilən xəbərdə bildirilir ki, təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib. Gəmi-bərənin baş mühərrikləri təmir olunub, üç ədəd köməkçi mühərriki yenisi ilə əvəzlənib. Gəmi üzrə gövdə-qaynaq, boru, elektrik-quraşdırma və avtomatika işləri yerinə yetirilib. Həmçinin, gəmi mexanizimlərinin (nasosların, separator, kompressor) təmiri aparılıb.

“Eyni zamanda “Şəki” gəmisinin sualtı və suüstü hissəsi, baş göyərtəsi, maşın şöbəsi və üst qurumu təmizlənərək rənglənib, heyətin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.

“Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb. Qeyd edək ki, uzunluğu 154,47 metr, eni 18,3 metr olan gəmi-bərə ən müasir naviqasiya sisteminə malikdir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.