Press "Enter" to skip to content

Nazir Muzeyin Rəngkarlıq fonduna baxış keçirib

Nazir Milli İncəsənət Muzeyində

Son yeniləmə: 2 Dekabr 2021 15:21

Bayraqdar.info – Dekabrın 1-də mədəniyyət naziri Anar Kərimov Azərbaycan Milli İncəsənət Muzeyi üçün alınan yeni fond avadanlıqlarına baxış keçirib.

Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya dekabrın 2-də verilən xəbərdə bildirilir.

“Muzeyin Rəngkarlıq fondunda rəsm əsərlərinin yerləşdirilməsi üçün daha əlverişli imkan yaradılıb. Rəsm əsərlərini səliqəli, effektiv və müasir standartlara uyğun şəkildə yerləşdirməklə 55 kv.m-lik sahədə xüsusi stellajlar vasitəsilə 225 rəsm əsərinin saxlanılması təmin olunub.

“Fond avadanlıqlarını Böyük Britaniyanın məşhur “Rackline” şirkəti təmin edib. Dünyanın bir sıra aparıcı muzeyləri, o cümlədən Viktoriya və Albert Muzeyi üçün fond avadanlıqları məhz bu şirkət tərəfindən təchiz edilib”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.