Son yeniləmə: 2 Dekabr 2021 13:19
Bayraqdar.info – Mədəniyyət naziri Anar Kərimov dekabrın 1-də Avropa Şurasının (AŞ) Bakıdakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes ilə görüşüb.
Mədəniyyət Nazirliyindən verilən xəbərdə bildirilir ki, səfiri salamlayan nazir Azərbaycanla Avropa Şurası arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb.
AŞ ilə Azərbaycan arasında birgə fəaliyyətin əhəmiyyətini qeyd edən A.Kərimov “Bakı Prosesi” təşəbbüsü çərçivəsində 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunda qarşılıqlı uğurlu əməkdaşlığı bir daha vurğulayıb.
“Daha sonra nazir “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kompaniyasından söz açıb. O bildirib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi məqsədi daşıyır. Nazir bu qlobal layihədə Avropa Şurasını da tərəfdaş təşkilat kimi görmək istədiyini dilə gətirib.
“Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.” Xəbərdə belə deyilir.