Press "Enter" to skip to content

Kosovanın Milli Qəhrəmanının qardaşı oğluna yeni görəv

Son yeniləmə: 1 Dekabr 2021 23:54

Bayraqdar.info – Dekabrın 1-də Kosova Təhlükəsizlik Qüvvələrinin yeni komandanı təyin edilib. Bu şəxs Kosova Azadlıq Ordusunun qurucularından olan Adem Yaşarinin qardaşı oğlu Başkim Yaşaridir.

Balkan News-un məlumatına görə, B.Yaşari bu vəzifəni Kosova müdafiə naziri Armend Mehay ilə fikir ayrılığı iddiasından sonra rəsmən istefa verən Rəhman Ramadan təhvil alıb.

Bildirilir ki, Kosovanın milli qəhrəmanı A.Yaşarinin qardaşı oğlunun bu vəzifəyə təyinatı baş nazir Albin Kurti və müdafiə naziri Armend Mehayunun tövsiyəsi əsasında baş tutub.

Sayt onu da xatırladır ki, A.Yashari və 58 ailə üzvü 1998-ci ilin martında Prekazdakı evlərinin serb qüvvələri tərəfindən mühasirəyə alınması nəticəsində öldürülüb.

Yashari ailəsinin serb qüvvələrinə qarşı üç günlük müqaviməti Kosova albanları üçün “işğalın sonunun başlanğıcı” kimi qəbul edilir.

Mission News Theme by Compete Themes.