Son yeniləmə: 2 Dekabr 2021 12:14
Bayraqdar.info – Dekabrın 2-də Prezident İlham Əliyev Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib.
Məlumatı dekabrın 2-də Prezidentin Mətbuat xidməti yayıb.
Erol Özvar Türkiyə Cümhuriyyətinin Prezidenti Recep Tayyip Erdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İ.Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını R.T.Erdoğana çatdırmağı xahiş edib.
E.Özvar baş vermiş helikopter qəzası zamanı hərbçilərin həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib. Dövlət başçısı başsağlığına görə təşəkkür edib.
“Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, təhsil sahəsində əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolu qeyd olunub. E.Özvarın səfərinin bu sahədə əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.
“Söhbət zamanı təhsil sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən ölkədə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Sonda dövlət başçısına xatirə hədiyyəsi təqdim olunub”, – deyə məlumatda qeyd edilib.