Press "Enter" to skip to content

Dənizçilərə sertifikatlar verilməsi prosesi sadələşdirildi

Dənizçilərə sertifikatlar verilməsi

Son yeniləmə: 2 Dekabr 2021 15:46

Bayraqdar.info – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılmış Dövlət Dəniz və Liman Agentliyində dəniz nəqliyyatı sahəsinin inkişafı istiqamətində səmərəli islahatlar aparılır.

Bu barədə bayraqdar.info-ya dekabrın 2-də Nazirlikdən xəbər verilib.

“İslahatların tərkib hissəsi kimi dənizçilərin əmək hüquqlarının qorunması, onların peşəkarlığının artırılması və əmək fəaliyyətinin fasiləsizliyinin təmin olunması məqsədilə Agentlik tərəfindən cari il dekabrın 1-dən başlayaraq sertifikatın (diplomun) təqdim edilməsi prosesi sadələşdirilir.

“Belə ki, dənizçilər (komandir heyəti üzvləri) eyni vəzifə üzrə etibarlılıq müddəti bitmiş sertifikatlarının (diplomlarının) yenisi ilə əvəz edilməsi üçün aşağıda göstərilən halda imtahandan azad olunurlar:

– “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyaya əsasən vəzifə üzrə gəmidə müəyyən edilən üzmə stajına malik olduqda;

– vəzifə üzrə təkmilləşdirmə kurslarını müvəffəqiyyətlə bitirməsinə dair sertifikata malik olduqda;

– tələb edilən xüsusi hazırlıq sertifikatlarına malik olduqda;

– sağlamlıq vəziyyəti vəzifəni tutmağa imkan verdikdə.

“Qeyd edək ki, bu dəyişikliyə qədər etibarlılıq müddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəz edilməsi üçün dənizçilərin təkmilləşdirmə kurslarını bitirdikdən sonra bilik və bacarıqları Agentlik tərəfindən imtahan vasitəsilə yoxlanılırdı”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.