Bayraqdar.info – Yunanıstanda dərc edilən, türklərə aid Birlik Gazetesinin verdiyi xəbərə görə, Fetullahcı Terör Örgütü (FETÖ) tərəfdarı olduğu bildirilən 17 nəfərlik qrup qanunsuz yolla bu ölkəyə keçərək siyasi sığınacaq istəyib.
Qrupun üzvlərinin 5-i uşaq, 4-ü isə qadındır. 17 nəfərin hamısı Türkiyə vətəndaşıdır.
Xəbərdə bildirlir ki, qrup Batı Trakyanın Meriç vilayətinin Ferecik bölgəsində Meriç çayının deltastında iki dövlətin sərhədini qanunsuz yolla keçib.
Dekabrın 1-dən Türkiyədən Yunanıstana qaçan qrup hazırda Ferecikdə Qaçaq Köçkün Mərkəzində yerləşib.
Qaçaq FETÖ-çülərin arasında bir müəllim, bir alim və bir nəfər də səhiyyə sahəsində işləyən şəxs var. Xəbəri onlara gərəkli hüquqi xidmət göstərən vəkil Anthimos Sideris də təsdiqləyib.