Press "Enter" to skip to content

Batı Trakya türklərinin mübarizəsi davam edir

Son yeniləmə: 2 Dekabr 2021 15:54

Bayraqdar.info – Batı Trakya türklərinin öz haqlarının təmin oluması uğrunda mübarizəsi davam edir. Elə İskeçe Türk Birliyi (İTB) numayəndə heyətinin Afinada keçirdiyi silsilə görüşlər də bu mübarizənin davamlılığından xəbər verir.

Birlik Gazetesinin məlumatına görə, İTB prezidenti Ozan Ahmetoğlunun sədrlik etdiyi nümayəndə heyəti Avropa Şurasına üzv olan bəzi ölkələrin Afina səfirlikləri ilə danışıqlar aparıb.

Danışıqlar Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 13 ildir Yunanıstan tərəfindən icra olunmayan qərarları ilə bağlı olub. Bildirilir ki, nümayəndə heyətinə hüquqşünas İlker Çavuşoğlu, insan hüquqları üzrə ekspert Kerem Abdurahimoğlu və BAKEŞ-dən Pervin Hayrullah daxil olub.

Nümayəndə heyətinin üzvləri bəzi beynəlxalq insan haqları təşkilatlarının Afinadakı təmsilçiləri ilə də görüşüb.

Xatrladaq ki, Batı Trakyanın köklü qeyri-hökumət təşkilatlarından olan İTB 38 ildir bu bölgədəki türklərin hüquqlarının təmini üçün aparılan mübarizəni yeni dönəmdə daha da sürətləndirib.

Mission News Theme by Compete Themes.