Press "Enter" to skip to content

Aziz Sancara həsr olunmuş “Zəfər yolu” Forumu

Nobel mükafatı laureatı, professor Aziz Sancar

Son yeniləmə: 2 Dekabr 2021 09:55

Bayraqdar.info – Dekabrın 1-də Təhsil və İqtisadiyyat nazirliklərinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə Dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu 2021 öz işinə başlayıb.

Təhsil Nazirliyindən bayraqdar.info-ya daxil olan xəbərdə bu barədə bildirilir.

“Zəfər Yolu” olan Forumun iştirakçıları öncə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın əziz xatirəsini ehtiramla yad ediblər, məzarları önünə əklil və gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb.

“Gülüstan sarayında təşkil olunan UNEC İqtisad Forumu çərçivəsində Qarabağ Dirçəliş Fondunun və UNEC Dizayn məktəbinin təşkil etdiyi rəsm sərgisinə baxış keçirilib. Forumun açılşında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

“UNEC-in rektoru, Forumun sədri Ədalət Muradov iştirakçıları salamlayaraq, forumun ilk görüşünün dünya şöhrətli alim, Nobel mükafatçısı Aziz Sancarla gənc tədqiqatçıların görüşünə həsr edildiyini bildirib”, – deyə xəbərdə bildirilir.

O da qeyd edilir ki, Forumda çıxış edən Nobel mükafatı laureatı, professor A.Sancar yenidən Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərdən söz açıb.

Gənc alimlərlə tövsiyələrini bölüşən professor A.Sancar elmi fəaliyyətindən, Nobel mükafatı qazanılması yolundakı çalışmalarından bəhs edib. O, çıxışının sonunda iştirakçıların suallarını cavablandırıb.

Forum “Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar” mövzusuna həsr olunan Panel 1 çıxışları ilə davam edib.

Mission News Theme by Compete Themes.