Son yeniləmə: 2 Dekabr 2021 16:01
Bayraqdar.info – ya Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Türkiyənin hərbi istehkamçıları ilə birgə azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir.
Dekabrın 2-də Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən xəbərə görə, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə yollar minalardan təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrin mövqeləri istiqamətində yeni təminat yollarının çəkilməsi üzrə mühəndis işləri icra edilir.
“Noyabrın 22-dən dekabrın 2-dək yalnız Tərtər-Goranboy rayonları istiqamətində yeni yolların çəkilməsi zamanı qarşı tərəfdən qurulmuş Ermənistan istehsalı olan 537 ədəd piyada əleyhinə, 101 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
“İşğaldan azad olunmuş ərazilərdə mühəndis-istehkam bölmələri tərəfindən bu günədək ümumilikdə 13 min 177 hektar ərazi minalardan təmizlənib, 616 km yol çəkilib, 16 min 860 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib.
“Yaşayış məntəqələrinin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilən Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyində olan ASFAT AŞ şirkəti tərəfindən istehsal olunan “MEMATT” (Mexanik Mina Təmizləmə Təchizatı) texnikaları da cəlb edilib.
“Bölmələrin azad olunmuş ərazilərdə mühəndis təminatı üzrə tədbirləri davam etdirilir”, – deyə xəbərdə qeyd edilir.