Press "Enter" to skip to content

Amerikalılardan Batı Trakyaya diqqət

Son yeniləmə: 1 Dekabr 2021 23:41

Bayraqdar.info – Son vaxtlar cərəyan edən proseslər amerikalıların da Batı Trakyaya diqqət ayırmasına səbəb olub. Belə ki, ABŞ-in Afinadakı səfirliyinin insan haqları üzrə mütəxəssisi Brian Breuhausun rəhbərlik etdiyi nümayəndə heyəti Batı Trakya türklərinin Dostluk Eşitlik Barış (DEB) Partiyasının Genel başqanı Çiğdem Asafoğlunu ziyarət edib.

birlikgazetesi.org-un məlumatına görə, DEB Partiyasının İskeçe söbəsində baş tutan görüşdə mövcud durum müzakirə edilib.

Partiyadan bununla bağlı yayılan açıqlama deyilir ki, Batı Trakyadakı türk azlığının insan haqları məsələsində üzləşdiyi problemlər və Yunanıstanın birtərəfli tətbiqləri əsasında atılan addımlar qonaqların diqqətinə çatdırılıb.

Mission News Theme by Compete Themes.