Son yeniləmə: 1 Dekabr 2021 13:31
Bayraqdar.info – Məlum olduğu kimi bu yaxınlarda Tehran Şəhər Şurası bəzi yer adlarının dəyişməsi barədə qərar verib. Türk və Azərbaycan əleyhinə olan bu qərarda Azərbaycanın paytaxtı Bakı “Badukube”, cənnət diyarımzı Şuşa isə ermənilərin ifadə etdiyi formada “Şuşi” kimi öz əksini tapıb.
Qeyd edək ki, bu qərar Güney Azərbaycan gəncləri tərəfindən qəzəb və etirazla qarşılanıb. Bu barədə Araz News məlumat yayıb.
Məlumatda deyilir ki, bu qərara etiraz olaraq tehranlı türk gənclər həmin adların yazıldığı küçələrdə maraqlı aksiya keçiriblər. Belə ki həmin adlar silinib, əvəzinə divarlara “Azərbaycan” yazılıb.