Bayraqdar.info – Dekabrın 2-də Sumqayıt Olimpiya İdman Kompleksində gənclər arasında taekvondo üzrə Azərbaycan birinciliyi keçiriləcək.
Azərbaycan Taekvondo Federasiyasından verilən xəbərdə bildirilir ki, yarışda 2005-2007-ci il təvəllüdlü idmançılar iştirak edəcəklər.
Yarışda 226 taekvondoçu mübarizə aparacaq ki, onlardan da 56-sı qız olacaq.
Birincilik koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə təşkil ediləcək.
Yarış iki gün davam edəcək.