Son yeniləmə: 1 Dekabr 2021 18:24
Bayraqdar.info – Prezident İlham Əliyev dekabrın 1-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Məlumatı Prezidentin Mətbuat xidməti yayıb.
Məlumatda deyilir ki, görüşdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri, Cənubi Qafqazda əməkdaşlıq perspektivləri, postmünaqişə vəziyyəti və Ermənistan-Azərbaycan sərhədində noyabr ayında baş vermiş gərginliklə bağlı məsələlər müzakirə edilib.