Press "Enter" to skip to content

Növber Ferit Vechi: Maraşda mülklərlə bağlı müraciətlər artıb

Növber Ferit Vechi

Son yeniləmə: 1 Dekabr 2021 01:33

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Maraş açılımı öz müsbət nəticəsini verməkdədir. Belə ki, Maraş açılımından dərhal sonra orada vaxtı ilə qalan mülklər üçün müraciətlər edilməyə başlanılıb.

Bu barədə KKTC mediasına açıqlamasında Daşınmaz Əmlak Komissiyasının (Taşınmaz Mal Komisyonu -TMK) sədri Növber Ferit Vechi məlumat verib. O, 2020-ci ilin fevral ayında 280 olan müraciətlərin sayının Maraş açılımından sonra 338-ə, noyabr ayının sonunda isə 410-a yüksəldiyini deyib.

Uzun illər Xarici İşlər Nazirliyində, Strasburq başda olmaqla bir çox mühüm nöqtədə KKTC nümayəndəsi vəzifəsində çalışmış, indiki vəzifəyə təyin olunmazdan öncə isə KKTC-nin Bakı nümayəndəliyinin rəhbəri olmuş Növber Ferit Veçhi müsahibəsində bir çox məqamlara toxunub.

KKTC-nin Bakıdakı keçmiş təmsilçisinə yeni görəv

O, qurulduğu gündən bu yana TMK-ya ümumilikdə 6 min 999 müraciət edildiyini, onlardan 1 min 301-nin müsbət nəticələndiyini bildirib. N.F.Veçhi Komissiyanın indiyə qədər müraciət edənlərə malların dəyərinin qarşılığında 325 milyon 416 min 657 lirə təzminat ödənməsi qərarı verdiyini deyib.

N.F.Veçhi komissiyaya Maraşla bağlı hər zaman müraciətlərin olduğunu, lakin açılışdan sonra bu müraciətlərin sayının artdığını vurğulayıb.

Zəruri qeyd: Məlumat üçün bildirək ki, Maraş bölgəsi Kıbrıs adasının şimal və cənubunda türklərlə rumlar arasındakı bufer zonanın ən şərqində yerləşir. Dünyanın ən gözəl çimərliklərindən birinə sahib olan Maraş 1974-cü il Kıbrıs Barış Hərəkatından sonra BMT Təhlükəsilik Şurasının qərarına əsasən qapalı şəhər elan edilib. Bölgədəki mülklərin əksəriyyəti o dövrdə beynəlxalq turizm investorlarına və rumlara məxsus idi.

Onu da bildirək ki, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan KKTC-yə son səfəri zamanı “mülkiyyət hüquqlarına” vurğu edərək, daha əvvəl kiçik bir hissəsi keçidlərə açılan qapalı Maraşın başqa bir hissəsinin də açılacağını bəyan etmişdi: “Mülkiyyət hüquqlarına hörmət edilərək həyata keçirilən işlərin işığında Maraşda hər kəsin xeyrinə olacaq yeni bir dövrün qapıları açılacaq. Təşəbbüsün qapalı Maraşın 3,5 fazini əhatə edən pilot bölgədə başlayacağı Kıbrıs türk səlahiyyətlilərinin bu mövzuda nə qədər həssas olduğunu ortaya qoyur. Atılan bu addımlar Maraşda yeni narazılıqlar yaratmayacaq, əksinə, mövcud narazılıqlar aradan qaldırılacaq. Bizim heç kimin malında-mülkündə gözümüz yoxdur”.

Mission News Theme by Compete Themes.