Bayraqdar.info – Noyabrın 30-da baş vermiş məlum helikopter qəzasından sağ çıxmış və hazırda xəstəxanada müalicə alan iki hərbçi Real TV-nin direktoru Mirşahinin suallarını cavablandırıb.
Real TV-nin yaydığı və sosial media üzərindən də paylaşdığı 13 dəqiqəlik videoda hərbçilər hadisənin necə baş verməsi ilə bağlı suallara aydınlıq gətirib.
Polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Mirşahinə verdikləri cavablarda baş vermiş hadisəyə kifayət qədər aydınlıq gətirə bilib. Əlbəttə ki, mümkün dərəcədə.