Press "Enter" to skip to content

Mehmet Öz: ABŞ Senatına namizədliyimi irəli sürürəm

Mehmet Öz

Son yeniləmə: 1 Dekabr 2021 01:55

Bayraqdar.info – “Problemləri həll etməyimizə və yaxşılaşmağımıza kömək üçün ABŞ Senatına namizədliyimi irəli sürürəm”.

Bunu dünyaca məşhur türk ürək cərrahı Prof. Dr. Mehmet Öz bəyan edib.

Məlumatlara əsasən ABŞ-da yaşayan 61 yaşlı doktor “Washington Examiner” üçün yazdığı məqalədə Respublikaçılar Partiyasından ABŞ Senatına namizəd olacağını açıqlayıb. Məlum olub ki, Mehmet Öz Pensilvaniya ştatından Respublikaçılar Partiyasından Senata namizədliyini irəli sürəcək.

M.Öz yazısında siyasətə niyə girdiyi ilə bağlı bu sözləri deyib: “Hökumətimizə və bir-birimizə qəzəblənirik. Böhranları keçmiş nəsillər qədər effektiv idarə edə bilməmişik. Yeni növ koronavirus (COVID-19) epidemiyası zamanı problemin həlli əvəzinə siyasətin qarşınıza çıxdığını gördüm. Məhz buna görə də problemləri həll etməyimizə və sağalmağımıza kömək etmək üçün ABŞ Senatına namizədliyimi irəli sürürəm”.

ABŞ-da COVID-19 səbəbiylə 750 mindən çox insanın həyatını itirdiyini və bu ölümlərin qarşısının alına biləcəyini ifadə edən M.Öz, hökumətin və gördüyü tədbirləri “epidemiyaya qalib gəlməkdə Amerika dünya lideri olmalıdır” sözləri ilə tənqid edib.

Mission News Theme by Compete Themes.