Press "Enter" to skip to content

Hərbi ekspert: Bu helikopterlər 25-28 nəfər götürməyə qadirdir

Hərbi ekspert Ramil Məmmədli

Son yeniləmə: 1 Dekabr 2021 11:44

Bayraqdar.info – Məlum olduğu kimi, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər zabit həlak olub, 2 nəfər zabit isə yaralanıb.

Helikopter qəzasında həlak olanların adları açıqlandı – SİYAHI

DSX və Baş Prokurorluq bu məsələ ilə bağlı rəsmi məlumat yayıb. Qurumların hadisə yerində olan rəhbərliyi noyabrın 30-da brifinq təşkil edərək açıqlama verib. Helikopterin qara qutusu da tapılıb və ekspertizaya göndərilib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva baş verən hadisəni və yaralıları diqqətdə saxlayır.

Buna baxmayaraq, sosial şəbəkələrdə müxtəlif qeyri-dəqiq məlumatlar yaylır, qeyri-dəqiq saylar yazılır, müxtəlif qüvvələr tərəfindən cəmiyyətdə çaşdırıcı xəbərlər yayılır.

Məsələ ilə bağlı bayraqdar.info hərbi ekspert Ramil Məmmədlinin münasibətini öyrənib.

O bildirib: “Hərbi təyinatlı nəqliyyat vasitələri istifadəyə buraxılmazdan əvvəl yoxlanılır. Xüsusən, döyüş aviasiya vasitələri ciddi şəkildə yoxlanılır və həmin proses protokollaşdırılır. Bu, məsələnin bir tərəfidir. Mi-17 döyüş aviasiya vasitəsi hərbi nəqliyyat vastəsidir. Lazım gələndə döyüş tapşırıqlarını icra etmək üçün həmin helikopterlər əlavə döyüş vasitələri kimi inteqrasiya oluna bilir. Ümumi şəxsi heyətin sayına gəlincə, bu helikopterlər 25-28 nəfər götürə bilir. Bu sayda adam həmin helikopterdə daşına bilər”.

R.Məmmədlinin sözlərinə görə, şəxsi heyətin sayı, insan amili ilə bağlı hər hansı bir yüklənmə olmayıb.

“İkinci bir məsələ isə hərbi qulluqçuların, hərbi zabitlərin eyni vaxtda eyni heliokopterdən istifadə etməmələrinə dair də heç bir təlimat mövcud deyil. Onlar təlim mərkəzinə getdiklərinə görə bir helikopterdən istifadə etmələrində hər hansı bir problem yoxdur.

“O ki qaldı qəzanın səbəblərinə, bu səbəblər ekspert qrupu tərəfindən araşdırılacaq. İki nəfər sağ qalan zabit var, onların da ifadələri nəzərə alınacaq. Bundan sonra artıq bu məsələyə bir aydınlıq gələcək”, – deyə hərbi ekspert bildirib.

Mission News Theme by Compete Themes.