Press "Enter" to skip to content

“Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransı başa çatıb

Son yeniləmə: 1 Dekabr 2021 15:23

Bayraqdar.info – Konfrans Təhsil Nazirliyinin dəstəyi, Təhsil İnstitutunun (ARTİ) və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə baş tutub.

Bu barədə bayraqdar.info-ya dekabrın 1-də Təhsil Nazirliyindən xəbər verilib.

Konfransın “Azərbaycanın distant təhsil təcrübəsi” adlı panel müzakirəsində Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, ARTİ-nin direktoru Rüfət Əzizov və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Ümumi şöbəsinin müdiri Fidan Nəcəfova çıxış ediblər.

“Daha sonra “Məsafədən təhsil dövründə ali və orta ixtisas təhsili müəssisələrinin təcrübəsi” adlı sessiyada ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov və Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Könül Abaslı məruzə ediblər.

“Konfransda “Məsafədən təhsil dövründə ali və orta ixtisas təhsili müəssisələrinin təcrübəsi”, “Distant təhsildə öz-özünə öyrənmə və ömürboyu təhsil meyilləri”, “Ənənəvi təhsildən distant təhsilə keçid: Azərbaycan Dövlət İqtisad Universitetinin təcrübəsi”, “Rəqəmsal öyrənmə platformalarının imkanları və məhdudiyyətləri: ADA Universitetinin təcrübəsi”, “Virtual beynəlxalq təcrübə” və digər sessiyalarda müxtəlif məzmunda təqdimatlar dinlənilib.

Qeyd edək ki, konfransda 900-dən çox şəxs iştirak edib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.