Son yeniləmə: 1 Dekabr 2021 10:05
Bayraqdar.info – Təhsil Nazirliyi tərəfindən bölgələrdə cari dərs ili üzrə ənənəvi tədrisin təşkili ilə tanışlıq üçün görüşlərə başlanılıb.
Təhsil Nazirliyindən verilən xəbərdə bildirilir ki, təhsil nazirinin bu barədə əmrinə əsasən, nazirliyin müvafiq struktur bölmə əməkdaşlarının bölgələrə səfərləri təşkil olunur.
“Məqsəd ənənəvi tədrisə keçidlə əlaqədar ümumi təhsil müəssisələrində rast gəlinə biləcək problemlərin operativ və şəraitə uyğun şəkildə həlli, təhsil alanların müstəqil öyrənmə bacarıqlarının inkişaf etdirilməsinin diqqətdə saxlanılmasıdır. Həmçinin, buraxılış imtahan, fənn olimpiadalarının nəticələrinin rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) təhsilyanı və məktəb pedaqoji şuralarında ətraflı müzakirəsinin aparılmasıdır.
“Eyni zamanda, səfər çərçivəsində sözügedən şəhər və ya rayonun seçilmiş müəllimləri ilə fənlərin tədrisinə dair müzakirələrin aparılması, rayonun məktəb direktorları ilə ötən tədris ilinin (buraxılış nəticələri və məktəbdaxili qiymətləndirmənin təhlili, olimpiada və s.) müzakirə edilməsi də məqsədlər sırasındadır”,- deyə xəbərdə bildirilir.