Son yeniləmə: 1 Dekabr 2021 11:57
Bayraqdar.info – Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncam Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.
Məlumatı Prezidentin Mətbuat xidməti yayıb.
“Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.
“Eyni zamanda Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb”, – deyə məlumatda bildirilir.