Press "Enter" to skip to content

Yunanıstanda müsəlman və yəhdilərin dini dəyərlərinə müdaxilə

Son yeniləmə: 30 Noyabr 2021 00:00

Bayraqdar.info – Yunan Ali Məhkəməsinin Halal və Koşer ət kəsiminə qarşı qəbul etdiyi qərar dini dəyərlərə müdaxilədir. Bu qərarla Yunanıstan yüksək məhkəməsi müsəlman və yəhudilərin dini üsullarla heyvan kəsmələrinə qarşı bir qadağa gətirib.

Bu barədə birlikgazetesi.org məlumat yayıb.

Məlumatda xatırladılır ki, ötən ilin oktyabrında Yunanıstanda heyvansevərlər halal və koşer ət kəsiminə qarşı açılan davada qalib gəliblər. Bundan sonra Yunanıstan yüksək məhkəməsinin halal və koşer ət kəsiminə qadağası isə Batı Trakya başqa olmaqla Yunanıstanda yaşayan müsəlmanların və yəhudi icmasının etirazına səbəb olub.

Bu qərar Yunanıstanda yaşayan müxtəlif dinlərə mənsub olan icmaların dini etiqad və əqidə azadlığına müdaxilə etməklə yanaşı, qarşılıqlı hörmət prinsipinin aradan qaldırılması deməkdir. Ona görə də Yunanıstan Ali Məhkəməsinin müxtəlif dinlərə mənsub olan icmaların dini dəyərlərini nəzərə almadan yalnız heyvansevərlərin tələblərinə cavab verməsi və onların xeyrinə qərarlar qəbul etməsi düzgün və məqbul deyil.

Yunanıstanda bu duruma səssiz qalmayan Avropa Yəhudi Dərnəyinin (EJA) rəhbəri ravvin Menahem Margolin verdiyi açıqlamada deyib: “Koşer ətinin kəsilməsi qadağası Belçikada başladı, Polşa və Güney Kıbrısa keçdi və indi növbə Yunanıstana gəldi. Bizim gördüyümüz dünya səviyyəli ikiüzlülükdür. Hökumətlər və qurumlar antisemitizmə gəldikdə bizi dəstəkləyir. Amma bizim inanclarımız, adət-ənənələrimiz daim qanunların hücumuna məruz qalır”.

Qeyd edək ki, Yunanıstanda yaşayan yunan yəhudiləri də işə qarışıb. Oktyabrın 29-da “Yunan Mərkəzi İsrail Şurası” (KİS) qərara cavab olaraq etiraz məqaləsi yayımlayıb.

Mission News Theme by Compete Themes.