Son yeniləmə: 30 Noyabr 2021 10:50
Baytarqdar.info – Türkiyənin xarici işlər nazirinin müavini Faruk Kaymakcı Bosniya və Herseqovinaya səfər edib. Səfərdə məqsəd Türkiyə ilə Bosniya və Herseqovina arasında keçirilən siyasi məsləhətləşmələrdə iştirak etmək olub.
Balkan News-un məlumatına görə, F.Kaymakcı Bosniya və Herseqovinanın xarici işlər nazirinin müavini Yosip Brkiç ilə görüşüb.
F.Kaymakçı və Y.Brkiçin həmsədrlik etdiyi sessiyada ikitərəfli əlaqələr, eləcə də Bosniya və Hersoqovinanın Avro-Atlantik qurumlara inteqrasiya prosesi, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, səfər çərçivəsində F.Kaymakçı Sarayevo Universitetinin Siyasi Elmlər Fakültəsini də ziyarət edib. Ziyarət zamanı nazir müavini Bosniya və Herseqovinanın ərazi bütövlüyü və müstəqilliyinin Balkanların sabitliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. F.Kaymakcı bildirib ki, Türkiyə Qərbi Balkanlardakı altı ölkəni də AB və NATO-da görmək istəyir.