Press "Enter" to skip to content

Ölkəmizdə çıxarışlı əmlakların sayı artıb

Son yeniləmə: 30 Noyabr 2021 12:42

Bayraqdar.info – Bu ilin on ayında ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 22,4 faiz artaraq 247 min 308 olub. Bunun 53 min 738-i ilkin, 193 min 570-i isə təkrar qeydiyyatdır.

Bu barədə bayraqdar.info-ya noyabrın 30-da İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tətbiq edilən yeniliklər, xidmətlərin müasirləşdirilməsi vətəndaşların daşınmaz əmlakın qeydiyyatına olan əlçatanlığını artırıb.

2021-ci ilin yanvar-oktyabr ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 39 min 836-sı fərdi yaşayış və bağ evi, 75 min 224-ü mənzil, 122 min 073-ü torpaq sahəsi, 2 min 877-si qeyri-yaşayış binası, 6 min 631-i qeyri-yaşayış sahəsi, 630-u əmlak kompleksi, 37-si isə çoxmərtəbəli yaşayış binasıdır”.

O da qeyd edilib ki, 2021-ci ilin on ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 85 min 092-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür: “Bu dövrdə 13 min 281 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 15,1 faiz artıb”.

Anoloji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin on ayı ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 21,6 faiz artaraq 13 min 088, qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatı 41faiz artaraq 3 min 158 olub.

Eyni zamanda, cari ilin yanvar-oktyabr ayları ərzində 193 028 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artım deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 10 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 54,8 fazi artaraq 42 029 olub.

Mission News Theme by Compete Themes.