Press "Enter" to skip to content

Nizami Gəncəvi Fransa mediasında

Musulmans en France

Son yeniləmə: 30 Noyabr 2021 10:43

Bayraqdar.info – Fransanın “Musulmans en France” (musulmansenfrance.fr) xəbər portalında Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunan “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda beynəlxalq forum ilə bağlı məqalələr yayımlanıb.

Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, yazılarda “Nizami Gəncəvi İli” çərçivəsində 24-26 noyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən N.Gəncəvi Beynəlxalq Forumu ilə bağlı geniş məlumat verilir.

Diqqətə çatdırılır ki, Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlər iştirak edib. Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili həyata keçirilib.

Materialda həmçinin dahi şairin yaradıcılığı və fəaliyyəti haqqında da ətraflı məlumat verilib.

Mission News Theme by Compete Themes.