Press "Enter" to skip to content

Mininci tanker “Stamos” Qara dənizdən yola salındı

"Stamos" tankeri

Son yeniləmə: 30 Noyabr 2021 09:23

Bayraqdar.info – bp-nin əməliyyatçısı olduğu Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) vasitəsilə nəql olunan Azəri-Çıraq-Günəşli (AÇG) nefti yüklənmiş mininci tanker Qara dəniz sahilindəki Supsa terminalından yola salınıb.

Bu barədə noyabrın 30-da bayraqdar.info-ya bp-dən xəbər verilib.

İtaliyaya yola düşən “Stamos” adlı mininci tankerə AÇG yatağından hasil olunmuş və Səngəçal terminalından başlayaraq Azərbaycan və Gürcüstan ərazisi boyunca təhlükəsiz şəkildə nəql edilmiş 650 min barel xam neft yüklənilib.

“Bakı-Supsa bp və tərəfdaşlarının həyata keçirdiyi ilkin neft layihəsinin mühüm bir hissəsidir və Gürcüstanda və regiondakı təhlükəsiz və etibarlı əməliyyatlarımızın gözəl nümunəsidir. Supsa terminalından mininci tankerin yola salınması həm də bp-nin Gürcüstandakı fəaliyyətinin 25-ci ildönümünə təsadüf edən əlamətdar bir hadisədir”, – bp-nin Gürcüstan üzrə vitse-prezidenti Aytən Hacıyeva deyib.

“Bakı-Supsa boru kəməri 1999-cu ildə istismara veriləndən bəri 700 milyon bareldən çox neft nəql edib. Boru kəmərinin hazırkı ixrac həcmi gündəlik 100 min barel təşkil edir.

“bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə ixrac boru kəmərləri üzrə meneceri Eldar Qaziyev deyib ki, istismarda olduğu 20 ildən artıq müddətdə və 1999-cu ildə ilk tankerin yükləndiyi vaxtdan bəri Bakı-Supsa boru kəmərinin göstərdiyi əla iş icrası ilə həqiqətən fəxr ediləsidir.

“Qeyd edək ki, AÇG üzrə iştirak payları aşağıdakı kimidir: “bp” (30.37 faiz), “SOCAR” (25.0 faiz), “MOL” (9.57 faiz), “İNPEX” (9.3 faiz), “Equinor” (7.27 faiz), “ExxonMobil” (6.79 faiz), “TPAO” (5.73 faiz), “İTOCHU” (3.65 faiz), “ONGC Videsh Limited (OVL)” (2.31faiz).

“Xatırladaq ki, bp AÇG tərəfdaşlarının adından Bakı-Supsa adlanan Qərb İxrac Boru Kəmərinin (QİBK) və Qara dənizdə yerləşən Supsa terminalının əməliyyatçısıdır”, – deyə bp-dən verilən məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.