Press "Enter" to skip to content

Milli Kitabxana – Avropa Milli Kitabxanaları Konfransında

M.F.Axundov adına Milli Kitabxana

Son yeniləmə: 30 Noyabr 2021 09:49

Bayraqdar.info – Noyabrın 29-dan M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası CENL – Avropa Milli Kitabxanaları Konfransının illik iclasında iştirak edir.

Bu barədə bayraqdar.info-ya Kitabxanadan xəbər verilib.

Xəbərdə bildirilir ki, ötən il pandemiya səbəbindən onlayn olaraq keçirilən iclas bu il ənənəvi qaydada keçirilir. Bu ilki iclasa Brüsseldə yerləşən Belçika Milli Kitabxanası ev sahibliyi edir. İllik iclasda Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov da CENL üzvü olaraq iştirak edir.

46 ölkədən ümumilikdə 49 milli kitabxananın üzv olduğu CENL-in əsas vəzifəsi vahid informasiya məkanında kitabxanaların birgə və əlaqəli fəaliyyət göstərməsini təmin etməkdən ibarətdir. Azərbaycan Milli Kitabxanası 2005-ci ildən bu beynəlxalq təşkilatın üzvüdür.

“İki gün davam edəcək olan konfransı CENL-in sədri, Britaniya Kitabxanasının direktoru Roly Keating açaraq konfrans iştirakçılarını salamlayıb. Daha sonra Belçika Milli Kitabxanasının direktoru Sara Lammens bu ilki iclasa ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib.

“Ardınca 2020-ci ildə pandemiya səbəbindən onlayn olaraq keçirilən 34-cü CENL illik iclasının yekun sənədləri müzakirə edilib, CENL-in illik hesabatı təqdim olunub. Konfrans daha sonra sessiyalar, iştirakçıların təqdimatları və sual-cavablarla davam edib.

“İclas öz işinə noyabrın 30-da da davam edəcək. Qeyd edək ki, 2022-ci ildə keçiriləcək növbəti CENL illik iclasına Türkiyə Milli Kitabxanası ev sahibliyi edəcək”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.