Press "Enter" to skip to content

Kiyev Tolerantlıq Forumu

Son yeniləmə: 30 Noyabr 2021 14:35

Bayraqdar.info – Kiyev müxtəlif etnik qrupların və dini icmaların azad və dinc yanaşı yaşadığı tolerant şəhərlərdən biridir. Bunu Kiyev şəhər dövlət administrasiyasının mədəniyyət departamentinin millətlər şöbəsinin rəisi Olqa Vlasenko deyib.

Qeyd edək ki, Kiyev şəhər dövlət administrasiyasının mədəniyyət departamentinin təşəbbüsü və dəstəyi, bu şəhərdəki Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ukrayna paytaxtında Kiyev Tolerantlıq Forumu (millətlərarası və konfessiyalararası platformalar) keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bayraqdar.info-ya noyabrın 30-da verilən məlumat görə, Forum Mərkəzin sədr müavini Natalya Kudryaşovanın aparıcılığı və Dini icmalarla əməkdaşlıq şöbəsinin baş mütəxəssisi Vyaçeslav Qorşkovun moderatorluğu ilə aparılıb. Tədbirdə milli azlıqların 36, dini birliklərin 17 təmsilçisi iştirak edib.

Tədbiri giriş sözü ilə Olqa Vlasenko açıb. O, Kiyev şəhər rəhbərliyinin milli azlıqların və dini icmaların fəaliyyət göstərməsi üçün bütün imkanları təmin etməyə çalışdığı nəzərə çatdırıb.

Forum zamanı gənc alimlərin, Kiyev və Dnirpo şəhərindəki ali məktəblərin tələbələrinin millətlərarası tolerantlığa həsr etdikləri elmi işlər təqdim edilib. Müzakirələr zamanı etnik qrupa olan hörmət və şovinizmi ayıran hüdudlar və digər məsələlərdən bəhs edilib.

Sonda forum iştirakçılarına təşəkkürnamələr təqdim olunub.

Mission News Theme by Compete Themes.