Press "Enter" to skip to content

Kərküklə bağı həyəcan təbili çalınır – VİDEO

Mətbuat konfransından görüntü

Bayraqdar.info – Türkmənelinə bağlı bir qrup QHT təmsilçisi Antalyada (Türkiyə) Kərkükdəki duruma aid mətbuat konfransı keçirib.

Bu haqda xəbəri bayraqdar.info-ya konfransın iştirakçılarından olan İraq Türkmən Birliyi və Dayanışma Dərnəyinin başqanı Dr. Kürşat Çavuşoğlu noyabrın 30-da verib.

Konfransda K.Çavuşoğlu ilə bərabər Turan Ellər Ocaqları Dərnəyi başqanı Hamdi Su və İraq İş Dərnəyi – İraq Ağdəniz və İslam Ölkələri İş İnsanları Dərnəyi başqanı Hikmet Kenan Yozgatlı iştirak edib.

Konfrans iştirakçıları mediaya ünvanlanan açıqlamalarında Kərkükdə son illər ərzində yaşananlar və hazırkı durumla bağlı həyəcan təbili çalaraq türk dünyasının diqqətini cəlb etmək istədiklərini deyiblər.

Qeyd edək ki, mətbuat konfransı noyabrın 24-də keçirilib. Lakin məsələ çox önəmli və aktual olduğu üçün gecikməylə də olsa təqdim etməyi məqsədəuyğun saydıq.

Mission News Theme by Compete Themes.