Press "Enter" to skip to content

Fermerlərlə növbəti görüşlər – Masallı, Cəlilabad və Biləsuvarda

Bölgələrdə məlumaatlandrma

Son yeniləmə: 30 Noyabr 2021 11:26

Bayraqdar.info – Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi ilə əlaqədar bölgələrdə məlumatlandırma sessiyalarını davam etdirir. İmişli, Saatlı və Sabirabad rayonlarında keçirilən tədbirlərdə aqrar sektora ayrılan subsidiyaların verilməsində yeniliklərdən dsnışılıb. Aqrar Subsidiya Şurasının qərarları, payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsinə dair cari vəziyyət barədə müzakirələr aparılıb.

Bu barədə bayraqdar.info-ya noyabrın 30-da KTN-dən məlumat verilib.

“Görüşlər zamanı payızlıq əkinlərin EKTİS-də qeyd olunan müddətdə bəyan edilməsinin zəruriliyi geniş müzakirə olunub. Bildirilib ki, payızlıq əkinlərin bəyan müddəti dekabrın 30-da başa çatır. Bu tarixə qədər EKTİS-də öz şəxsi kabinetini aktivləşdirməyən və əkinlərini bəyan etməyən fermerlər 2022-ci ildə əkin subsidiyası ala bilməyəcəklər. Əkinlərin bəyan edilməsi üçün fermerlərə 4 ay vaxt verilib və torpaq mülkiyyətçiləri son tarixi gözləmədən qısa müddətdə öz əkinlərini EKTİS-də bəyan etməklə müvafiq subsidiyanı ilin ilk aylarında almaq imkanı qazanırlar.

“Fermerlərə növbəti ildən həm arpa, həm buğda əkininə görə eyni həcmdə – 210 manat subsidiya ödəniləcəyi, pambıq, şəkər çuğunduru və tütün üzrə əkin subsidiyasının tam şəkildə məhsul subsidiyası ilə əvəzlənməsi və digər yeniliklər barədə məlumat verilib, onların sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb”, – deyə məlumatda bildirilib.

Nazirliyin nümayəndə heyətinin payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı növbəti məlumatlandırma sessiyası Masallı, Cəlilabad və Biləsuvar rayonlarında keçiriləcək. Buna qədər nazirlik tərəfindən 11 rayonda analoji tədbirlər keçirilib. Tədbirlər planına əsasən, məlumatlandırma sessiyalarının payızlıq əkinlərin aparıldığı 50-dən artıq rayonda keçirilməsi nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.