Press "Enter" to skip to content

Ersin Tatar fırtına səbəbindən İstanbula gedə bilmədi

Ersin Tatar

Son yeniləmə: 30 Noyabr 2021 00:10

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatarın da içində olduğu təyyarə noyabrın 29-da İstanbula enə bilməyib. Buna səbb fırtına olub.

KKTC mediasının yaydığı məlumata görə, pis hava şəraiti səbəbindən təyyarə İstanbula deyil, Ankara Esenboğa hava limanına enib.

Bildirilir ki, E.Tatarın İstanbula səfərdə məqsədi Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin 36-cı Dövr 1-ci Sessiyasına qatılmaq olub. KKTC Cümhurbaşqanının sessiyada çıxışı planlaşdırılmışdı.

Qeyd edək ki, noyabrın 29-da əsən güclü külək və fırtına səbəbindən THY-nin 6 təyyarəsi İstanbula enə bilməyib. Həmin təyyarələr digər hava limanlarına yönləndirilib. Səhər saatlarından etibarən təsirini göstərməyə başlayan tufan səbəbindən küləyin sürətinin vaxtaşırı saatda 129 kilometrə qədər artdığı vurğulanıb.

Mission News Theme by Compete Themes.