Press "Enter" to skip to content

Alper Kağan Ücer: Şuşada Türkiyə-Azərbaycan ortaq universiteti gözəl ideyadır

Alper Kağan Ücer

Son yeniləmə: 30 Noyabr 2021 14:30

Bayraqdar.info – Türk dünyasındakı son proseslər, Türk Keneşinin Türk Dövlətləri Təşkilatına çevrilməsi özlüyündə bir sıra addımların atılmasını da vacib edib. Türk dünyasının tanınmış yazarlarından olan Alper Kağan Ücer bir müddət öncə bayraqdar.info-ya açıqlamasında bu sırada ədəbiyyatın üzərinə böyük iş düşdüyünü bildirmişdi.

Alper Kağan Ücer: Ortaq mədəniyyətimiz gələcək üçün yol xəritəmizdir

Təbii ki, türk birliyinin daha da güclənməsi üçün təhsilin də önəmi böyükdür. Elə isə, həm türk dünyasının təməllərinin daha da güclənməsi, həm də 44 günlük Vətən savaşından sonra azad edilən torpaqlarda təhsilin inkişafı üçün Türkiyə və Azərbaycan hansı ortaq addımlar ata bilər? Bu kontekstdə Şuşada Türkiyə-Azərbaycan ortaq universitetinin yaradılması mümkün ola bilərmi?

Bayraqdar.info olaraq həm Azərbaycanın, həm də Türkiyənin dəyərli ziyalılarının bu ideyaya münasibətini öyrənməyə davam edirik. Eyni zamanda, sözügedən məsələyə münasibət bildirən Alper Kağan Ücer öncə onu deyib ki, bu cür ideyaların gerçəkləşməsi üçün artıq real zəmin formalaşıb: “Şuşada Türkiyə-Azərbaycan ortaq universiteti çox gözəl ideyadır. Bunu eşitmək qulağa belə xoş gəlir. Ümumiyyətlə, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında, öncəliklə də Şuşada ortaq təhsil müəssisələrinin yaradılmasının gündəmdə olduğunu deyə bilərəm. Aldığım məlumatlara görə, artıq orta məktəb və ali təhsil müəssisəsi məsələsində ortaq mövqe ortaya qoyulub. Təbii ki, bunun reallaşması zaman alacaq. Ancaq istənilən halda bu, artıq xəyal deyil, mümkün qədər tez bir zamanda çatacağımız hədəfdir”.

Mission News Theme by Compete Themes.