Press "Enter" to skip to content

Uşaq Reabilitasiya Mərkəzinin tikintisi yekunlaşır –Qəbələdə

Son yeniləmə: 29 Noyabr 2021 14:40

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud uşaqları da daim diqqətdə saxlayır. Belə ki, Nazirlik tərəfindən bu katiqoriyadan olan uşaqlar üçün reabilitasiya infrastrukturunun respublikamızın bölgələri üzrə genişləndirilməsi nəzərdə tutulub.

Bu barədə bayraqdar.info-ya noyabrın 29-da verilən məlumatda qeyd edilir.

Bildirilir ki, bu məqsədlə Qəbələ rayonunda da Uşaq Reabilitasiya Mərkəzi inşa olunur. Mərkəzin tikintisi artıq yekunlaşır və yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

25 çarpayılıq mərkəzdə il ərzində 1000-dən çox sağlamlıq imkanları məhdud uşağa səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla ambulator və stasionar formada reabilitasiya xidmətləri göstəriləcək.

Mission News Theme by Compete Themes.