Press "Enter" to skip to content

Şəhər Şurasının sədri: İran dövləti Azərbaycana qarşı ayrıseçkilik edir

Rəsul Bərgi

Bayraqdar.info – Təbriz Şəhər Şurasının sədri Rəsul Bərgi İran rəsmilərinin Güney Azərbaycana qarşı ayrı-seçkilik etdiyini bildirib. O, Tehranın siyasətinə etiraz olaraq deyib ki, Urmu gölünün qurudulmasına etiraz edən azərbaycanlı etirazçılara “iğtişaşçı”, Zayəndərud çayının qurudulmasına etiraz edən isfahanlı etirazçılara isə “əkinçi” deyirlər.

“Azad İran” Telegram kanalının xəbərinə görə, o, qeyd edib: “İran Daxili İşlər Nazirliyi bütün ölkəyə aiddir, ancaq biz Urmu gölünün qurudulmasına etiraz etdikdə bizə “iğtişaşçı” deyirlər, İsfahanda etirazçılar mitinq keçirəndə isə onları “əkinçi” adlandırırlar. Hətta onların probleminin həllinə 3 trilyon tümən də pul ayırırlar”.

R.Bərgi bildirib ki, Tehranın Təbrizə baxışı həmişə əmniyyət yönümlü olub və bu yanaşma həmişə bizə çətinliklər törədib.

R.Bərgi habelə Təbriz başçısının Təbriz Şəhər Şurasındakı nümayəndəsinin Şəhər Şurasının qərarının rədd edilməsi ilə bağlı deyib: “Necə olur ki, Fars vilayəti İdman Təşkilatının yaradılmasını təsdiq edir və Daxili İşlər Nazirliyi də bunu təsdiqləyir, lakin bizim belə bir səlahiyyətimiz çatmır?”

Təbrizdə idmanın acınacaqlı durumundan da danışan Şəhər Şurasının sədri bir vaxtlar Təbriz idmanının ölkədə məşhur olduğunu, indi isə hökumətin diqqətsizliyi və ayrı-seçkilik siyasəti üzündən bununla bağlı heç bir tədbir görülmədiyini qeyd edib.

Qeyd edək ki, Güney Azərbaycan xalqının Urmu gölünün qurudulmasına etirazları zamanı İran hökuməti Azərbaycanın müxtəlif şəhərlərində bu etirazları zorakılıqla yatırıb və yüzlərlə azərbaycanlıını həbs edərək uzun müddətə azadlıqdan məhrum edib.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.