Press "Enter" to skip to content

Qırğızıstan Prezidenti: Adamlardan deyil, Allahdan qorxun

Prezident Sadır Caparov

Bayraqdar.info – Bəlli olduğu kimi, noyabrın 28-də Qırğızıstanda parlament seçkiləri keçirilib. Seçkidə yetərincə fəallıq müşahidə edilməklə bərabər bir sıra siyasi qurumlar pozuntular və süni müdaxilələr haqqında iddialarla çıxış edib. Bunu nəzərə alan ölkə Prezidenti Sadır Caparov özünün sosial media hesabı üzərindən həmin iddialara özünəməxsus cavab verib.

Cavab qısa olsa da yetərincə məsuliyyət yükü ilə diqqət çəkir: “Hörmətli Qırğızıstanlılar! Mərkəzi Seçki Komissiyasının serverində problem yaranması və səslərin oğurlanmasıyla bağlı hay-küy salan partiyalara müraciət etmək istəyirəm: bülletenləri əllə saymağınıza heç kim mane olmayacaq. Əllə yenidən sayın səsləri. Ta o vaxta qədər ki, onların hamısı tam olaraq sayılsın və narazılıq ifadə edən partiyalar razı qalsın. Bu baş verənə qədər bülletenləri qarışdırmaq olmaz. Əgər MSK-nın saxtalaşdırdığı aşkar edilərsə, qurumun bütün üzvləri məsuliyyətə cəlb ediləcək. Onlar başlarıyla cavab verəcəklər. Necə ki, hakimiyyət seçki prosesinə qarışmayıb, eləcə də heç kim MSK-nın özünün işinə qarışmayıb. Əgər müdaxilə baş veribsə, MSK üzvləri dəqiq göstərməlidir ki, bunu kim edib. Adamlardan deyil, Allahdan qorxun”.

https://www.instagram.com/p/CW1FbKssxAA

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.