Son yeniləmə: 29 Noyabr 2021 16:57
Bayraqdar.info – 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda minaatan və artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlimlər keçirilib.
Xəbər bayraqdar.info-ya noyabrın 29-da Müdafiə Nazirliyindən verilib.
Hərbi hissələrin çöl çıxışları dövründə keçirilən döyüş atışlı taktiki təlimlərdə bölmələrin komanda müşahidə məntəqəsinin açılması və atəş mövqeyini tutması tapşırıqları icra olunub.
“Keçirilən döyüş atışlı taktiki təlimlərdə əsas məqsəd atəş vasitələrindən düzgün istifadə etməklə tapşırıqların vaxtında və dəqiq icra edilməsi üçün şəxsi heyətin praktiki vərdişlərinin artırılması olub. Eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.
“Minaatan və artilleriya vasitələri tələb olunan vaxt çərçivəsində atəş vəziyyətinə gətirilib, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilib.
“Qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub”, – deyə xəbərdə bildirilir.