Press "Enter" to skip to content

Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı

Son yeniləmə: 29 Noyabr 2021 11:33

Bayraqdar.info – Özündə beynəlxalq tələbləri ehtiva edən AZS 903:2021 (AZS IWA 29:2019) “Peşəkar Fermer Təşkilatı–Qaydalar” adlı yeni dövlət standartı qəbul edilib. Yeni standart ölkədə peşəkar fermer təsərrüfatlarının fəaliyyətlərinin təkmilləşdirilməsi və bu sahədə dayanıqlı inkişafının təmin edilməsi məqsədilə qəbul olunub.

Bu barədə bayraqdar.info-ya noyabrın 29-da İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Bildiirlib ki, standartın layihəsi ABŞ İnkişaf Agentliyinin (USAID) Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən işlənib hazırlanıb. Bu layihə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd edilib ki, dövlət standartı istehsal olunan məhsul və ya becərilən bitki növündən asılı olmayaraq bütün növfermer təşkilatları tərəfindən istifadə üçün nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.