Son yeniləmə: 29 Noyabr 2021 17:19
Bayraqdar.info – “Azərkitab” Kitab Təbliğatı Mərkəzində rəssam Fərəh Babayevanın “Duyğu çələngi” adlı ilk fərdi rəsm sərgisi açılıb. Üç gün ziyarətçilər üçün açıq olacaq sərgidə rəssamın 44 əsəri nümayiş olunur.
Bu barədə bayraqdar.info-ya sərginin kuratoru Elnurə İsgəndərova məlumat verib.
Bildirilib ki, açılış mərasimində ziyalılar və Qarabağ aziləri iştirsak ediblər. Açılış təqdimatından sonra yazıçı Gülzar İbrahimova rəssamın əsərlərinə Qarabağa həsr etdiyi şeiri ilə öz hisslərini ifadə edib.
Daha sonra AJB-nin üzvü , fəlsəfə doktoru Sabir Əhədov, “GALERA” Sənət Mərkəzinin direktoru, rəssam Mansur Əsgərli, Türkiyəli rəssam Ahmet Naim Pir, ” EMEDİA GROUP ” media təşkilatının sədri Elşən Əliyev və başqaları çıxış ediblər. Natiqlər rəssamı ilk fərdi yaradıcılıq sərgisi münasibətilə təbrik ediblər.
Çıxışçılar belə sərgilərin rəssamların inkişafında əvəzsiz rol oynamaqla yanaşı, gənc rəssamlara stimul olduğunu bildiriblər.
Daha sonra çıxış edən Fərəh Babayeva bu sərgisinin təşkilində ona dəstək olan Elnurə və Aygün İsgəndərovalara və “Azərkitab” Kitab Təbliğatı Mərkəzinə, onun rəssam kimi yetişməsində əvəzsiz rol oynayan müəllimlərinə və sərgidə iştirak edən hər kəsə təşəkkürünü bildirib.
Tədbirin sonunda rəssam Fərəh Babayev “Azərkitab” Kitab Təbliğatı Mərkəzi tərəfindən diplomla təltif olunub.