Press "Enter" to skip to content

DİN mindən çox toy şənliyinin monitorinqini aparıb – VİDEO

DIN toylarda monitorinq aparır

Son yeniləmə: 29 Noyabr 2021 11:46

Bayraqdar.info – Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri noyabrın 27-də və 28-də Bakıda və Respublikanın digər ərazilərində 1178 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən bayraqdar.info-ya bildiriblər ki, monitorinqlər 1154 şadlıq sarayında, 24 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

“Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 33 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib. COVID-19 pasportu olmadığına görə 595 nəfər toy şənliklərinə buraxılmayıb”, – deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.