Press "Enter" to skip to content

Beş yüzüncü “ABAD”çı

Son yeniləmə: 29 Noyabr 2021 13:55

Bayraqdar.info – Ölkəmizdə öz kreativ fəaliyyəti ilə seçilən qurumlardan biri də “ABAD” publik hüquqi şəxsdir. Bu qurumun öz işini uğurlu qurmasının nəticəsidir ki, artıq 500-cü “ABAD”çı qeydə alınıb.

Bu barədə bayraqdar.info-ya noyabrın 29-da “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, yubilyar “ABAD”çı dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan Bakı şəhər sakini İbrahimova Nərgiz Rafik qızıdır. O, milli üslubda dəri, yun, tekstil və s. təbii materiallardan kompüter, planşet, və smartfonlar üçün çantalar, müxtəlif klatçlar və cüzdan kimi gözəl və praktik əl işləri yaradır.

500-cü “ABAD”çı İçərişəhər etno-butikində qurumun direktoru Rüfət Elçiyev tərəfindən təşəkkürnamə və simvolik hədiyyə ilə mükafatlandırılıb.

N.İbrahimovanın məhsulları yaxın müddətdə “ABAD”ın etno-butiklərində təqdim olunacaq.

Butiklərin ünvanları ilə bu linkdən tanış ola bilərsiniz:

https://bit.ly/3cLe8ca

Mission News Theme by Compete Themes.