Press "Enter" to skip to content

28-ci dünya yaş qrupları yarışlarının bağlanışı – VİDEO

28-ci dünya yarışları

Son yeniləmə: 29 Noyabr 2021 11:47

Bayraqdar.info – Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarının bağlanış mərasimi olub.

Bu barədə bayraqdar.info -ya Gənclər və İdman Nazirliyindən xəbər verilib.

Noyabrın 28-də Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin birinci vitse-prezidenti Migel Visente Marino çıxış edib. O, yüksək təşkilatçılığa görə, ali qurum adından minnətdarlığını bildirib.

“Son iki həftədə Bakı batut gimnastlarını bir araya topladı. Yarışda yetərinci güclü idmançılar çıxış etdilər. Onlar artıq gələcəkdə keçiriləcək Olimpiya Oyunları barədə düşünürlər. Hazırki Olimpiya çempionları məhz dünya yaş qrupları yarışlarında çıxış ediblər”, – deyə M.V.Marino bildirib.

“Milli Gimnastika Arenasında idmançılar üçün hər cür şəraitin yaradıldığını deyən vitse-prezident vurğulayıb ki, bu yarışın təşkili batut gimnastikasının inkişafına töhfə verəcək. Sonda Migel Visente Marino yarışı bağlı elan edib.

“Xatırladaq ki, yarışın birinci günündə batutçu Maqsud Mahsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

“Milli Gimnastika Arenasında keçirilən yarışda 32 ölkədən 621 idmançı mübarizə aparıb.

“Milli Gimnastika Arenasında 4 gün davam edən yarışda ölkəni 15 gimnast təmsil edib. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış ediblər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparıblar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşib.

“Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutub. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.