Press "Enter" to skip to content

Güney Azərbaycanlı milli fəal müvəqqəti azad edilib

Vədud Əsədi

Son yeniləmə: 28 Noyabr 2021 09:34

Bayraqdar.info – İran rejiminin təqiblərindən nəsibini alanlardan biri də Güney Azərbaycanın milli fəallarından olan Vədud Əsədidir. Xəbər verdiyimiz kimi, hazırda Rəştdə yaşayan V.Əsədi 30 oktyabr 2021-ci ildə həbs edilmişdi.

Molla rejimi daha bir milli fəalı həbs edib

Araz News-un məlumatına görə, o vaxtdan bu günə qədər Rəştdəki 2 saylı həbsxanada saxlanılan milli fəal noyabrın 27-də 170 milyon tümən (təxminən 6 min ABŞ dolları) dəyərində girov qoymaqla azadlığa buraxılıb.

Məlumatda o da qeyd edilir ki, V.Əsədi 30 oktiyabr 2021-ci il tarixdə heç bir məhkəmə qərarı olmadan İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmış, istintaq bitdikdən sonra isə ETTELAAT-ın müvəqqəti saxlama mərkəzindən həbsxanaya köçürülmüşdü. Bayraqdar.info bu haqda da xəbər vermişdi.

Fars-molla rejimi Güneyli milli fəalı zindana köçürüb

V.Əsədi digər Güney Azərbaycan şəhərlərində olduğu kimi başqa azərbaycanlı fəallarla birgə Rəştdə də əl-Əhvaz ərəblərinə dinc dəstək aksiyası təşkil etmiş və bir neçə gün sonra saxlanılmışdı.

Həmin vaxt İranın cənubunda əl-Əhvaz ərəbləri su yoxluğuna etiraz edirdilər.

“Unutmaq olmaz ki, V.Əsədi Rəştdə yaşayan və bir neçə dəfə həbs edilən bir azərbaycanlı milli fəaldır”, – deyə məlumatda sonda qeyd edilir.

Mission News Theme by Compete Themes.