Press "Enter" to skip to content

İlham Məmmədov: Ermənistanın rəzil duruma düşdüyünün növbəti nümayişi

İlham Məmmədov

Bayraqdar.info – “Noyabrın 26-da Söçidə keçirilən görüş bir çox məqamlara aydınlıq gətirdi. Xüsusilə qeyd olunmalıdır ki, bu görüş digər beynəlxalq müstəvilərdə olduğu kimi, həmin platformada da Azərbaycanın diktə edən tərəf kimi uğuru ilə nəticələndi”.

Bu sözləri Milli Məclisin deputatı İlham Məmmədov bayraqdar.info-ya özəl açıqlamasında deyib.

Noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşü dəyərləndirən millət vəkili bildirib ki, Soçi görüşündən çıxan bir neçə nəticə var: “Əvvəla müharibədə qalib gələn tərəf olmasına baxmayaraq Azərbaycan ümumi inkişaf naminə yenə də sülhpərvər mövqedən çıxış etdi. Cənab Prezidentin timsalında Azərbaycan Cənubi Qafqazda əbədi sülhün və inkişafın təmin olunması üçün konstruktiv mövqe sərgilədi. Həmçinin, görüşün nəticəsi olaraq imzalanan bəyanatda bütün bəndlər üzrə, o cümlədən Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Azərbaycanın mövqeyi tam əks olundu. Yəni, Azərbaycan bu görüşdə də qarşısına qoyduğu məqsədlərə nail oldu. Soşi bəyanatında cənab Prezidentin mövqeyi hər hansı bir şərt qoyulmadan öz əksini tapdı”

İ.Məmmədov deyib ki, üçüncü bir məqam Ermənistanın bu masadan da əliboş ayrılması ilə bağlıdır: “Əslində Soçi görüşü Ermənistanın necə rəzil duruma düşdüyünün növbəti nümayişi idi. Bu ölkənin ikili oyunları, sülhə balta vurmaq məqsədi ilə əl atdığı çirkin əməllər artılq Ermənistanın bir nömrəli müttəfiqi Rusiyanı da narahat edir. Biz bu narahatlığı Soçidə açıq şəkildə sezdik”.

“Rusiyadan söz düşmüşkən, qeyd detməyi özümə borc bilirəm ki, Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyəsi, həmçinin Prezident V.Putinin bu prosesdə müsbət rolu və töhfələri Soçi görüşündə də hiss edildi. V.Putinin mətbuat konfransında dəfələrlə dəhliz ifadəsini işlətməsi isə Zəngəzur dəhlizi layihəsinin Rusiya tərəfindən dəstəklənməsinin bariz nümunəsidir”, – deyə millət vəkili əlavə edib.

Mission News Theme by Compete Themes.