Press "Enter" to skip to content

İlham Əliyev Pakistan Prezidenti ilə görüşüb

Azərbaycan və Pakistan Prezidentləri

Son yeniləmə: 29 Noyabr 2021 00:04

Bayraqdar.info – Noyabrın 28-də Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü olub.

Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, görüşdə iki ölkə arasındakı əlaqələrdən məmnunluq ifadə olunub. Artıq keçmişdə qalmış Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Pakistanın tutduğu qəti və prinsipial mövqeyi xüsusi qeyd edilib.

“Söhbət zamanı ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, hökumətlərarası komissiyanın rolu xüsusilə vurğulanıb. Yaxın zamanlarda komissiyanın növbəti iclasının keçiriləcəyi bildirilib.

“Həmçinin, son dövrlərdə iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli səfərlərin əhəmiyyəti qeyd olunub. Eyni zamanda, ölkələr arasında beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Dünyada artan islamofobiya meyilləri ilə bağlı narahatlıq ifadə edilib.

“Görüşdə ölkələr arasında insanlararası təmasların artırılmasının və turizm, biznes dairələri, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edilib.

“Pakistan Prezidenti tərəfindən bu ölkədə həyata keçirilən layihələrə görə Heydər Əliyev Fonduna bir daha təşəkkür ifadə olunub”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.