Press "Enter" to skip to content

İlham Əliyev Türkmənistana səfər edib

Prezident İlham Əliyev Türkmənistanda səfərdə

Son yeniləmə: 28 Noyabr 2021 23:11

Bayraqdar.info – Noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfər edib.

Məlumatı noyabrın 28-də Prezidentin Mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İ.Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev qarşılayıb.

“Sonra Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub. Görüş səmimi söhbət müstəvisində keçib. Görüşdən sonra Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib.

“Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirilib.

“Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.